Tacikistanda məscidlər koronavirus səbəbiylə bağlandı

tacikistanda-mescidler-koronavirus-sebebiyle-baglandi
Oxunma sayı: 1114

Tacikistanda məscidlər koronavirusun yayılmasının qarşısını almaq üçün müvəqqəti bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tacikistanın Dini Məsələlər üzrə Komitəsinin mətbuat katibi Afşin Mukim açıqlama yayıb. O, bunu komitənin verdiyi qabaqlayıcı tədbir kimi qiymətləndirib.

Qeyd edək ki, əhalisinin 99 faizi müsəlman olan Tacikistanda dörd minə yaxın məscid fəaliyyət göstərir.