Tacikistanda qar uçqunları - 7 nəfər öldü+Fotolar

tacikistanda-qar-ucqunlari-
Oxunma sayı: 1547

Tacikistanda qar uçqunları baş verib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusupova məlumat verib. Onun sözlərinə görə, uçqun nəticəsində 7 nəfər ölüb.

Məlumata görə, 40 qar uçqunu və güclü qar yağıntıları səbəbindən Düşənbə-Xudcand yolu bağlanıb.

Bildirilir ki, uçqunlara görə, 800-ə yaxın insan, 50 yük maşını və 150 avtomobil evakuasiya edilib.

Aysel Kərimova