Tacikistanda təhlükəsizlik qüvvələrinə qarşı hücum - 1 ölü, 13 yaralı

tacikistanda-tehlukesizlik-quvvelerine-qarsi-hucum
Oxunma sayı: 1128

Tacikistanda silahlı cinayətkar qruplaşma ölkənin Dağlıq Bədəxşan Muxtar Vilayətində Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin kolonuna hücum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, insident nəticəsində 1 zabit həlak olub, daha 13 əsgər isə yaralanıb.

Xatırladaq ki, Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatına başlayıb. Əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.