Taciklər Ermənistanda aksiya keçirdi - Video

tacikler-ermenistanda-aksiya-kecirdi
Oxunma sayı: 2441

Tacikistanın bir qrup vətəndaşı Ermənistanda Hökumət evinin qarşısında aksiya keçirib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar Eçməidzin yaxınlığında pambıq əkinindən sonra 6 aydır əməkhaqqı almadıqlarını deyiblər:

“Araks kəndində əkdiyimiz pambığa görə 6 aydır pulumuzu ala bilmirik. Əmək haqqını iş adamı Qagik Xaçikyan verməlidir. Maydan burdayıq. Hələ heç nə ödəməyiblər. Ermənistanda qanun varsa, zəhmət haqqımızı ödəsinlər. Ailələrimiz Tacikistanda bizi gözləyir”. 

Etirazçıların sözlərinə görə, onlar 10 nəfər olublar və işçilərdən 5-i pullarını almadan vətənə qayıdıb. Yerdə qalanların isə Tacikistana qayıtmağa belə pulu yoxdur.