Tacir kömək istədi- - “Tək istəyim meyitin tapılmasıdır”

tacir-komek-istedi-
Oxunma sayı: 1524


"Qafqazinfo" xəbər verir ki, bu barədə AzNews.az-a müğənninin özü məlumat verib. 

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb: “Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır”.

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: “Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq”. 

Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq cəsədini tapmaq hələlik mümkün olmayıb.

“Qafqazinfo”