Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapıldı -

tacir-sahmalioglunun-qardasinin-cesedi-tapildi-
Oxunma sayı: 1583


“Qafqazinfo” ölkə.az-a istinadən xəbər verir ki, 36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb. 

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

“Qafqazinfo”