Taekvandoçularımız finalda- - Yenilənib

taekvandocularimiz-finalda-
Oxunma sayı: 7780


80 kqda komandamızın üzvü Beiqi Harçeqani Feyziç Damirlə üz-üzə gələcək. Bu qarşılaşma 10:45-də start götürəcək.

Qadınların yarışında 67 kq çəki dərəcəsində Fəridə Əzizova hollandiyalı Van Bareen Joyce ilə üz-üzə gələcək. Görüş saat 10:30-da başlayacaq. 

***

Fəridə Əzizova rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.

***

Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzicə 12-0 qalib gələrək növbəti mərhələyə çıxıb.

***

Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələcək.

Əzizova 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək. Qarşılaşma 15:30-da başlayacaq.

***

Fəridə türkiyəli idmançıya qarşı mübarizəyə başladı. Hesab 5-2 idmançımızın xeyrinədir. İdmançımız 6-2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandı.

***

Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gəlir hesab 12-1 idmançımızın xeyrinədir. Beiqi 17-5 hesablı qələbə ilə növbəti mərhələyə çıxdı.

***

Fəridə Əzizova isveçrəli Elin Yohansenlə qarşılaşır və 2-0 öndədir. İdmançımız rəqibini 5-2 hesabı ilə məğlub edərək finala yüksəldi.

***

Beiqi Harçeqani portuqaliyalı Julio Ferreyra ilə qarşılaşır və 4-0 hesabı ilə idmançımız irəlidədir. İdmançımız 6-2 hesbaı ilə qalib gələrək finala adladı.

***

Finalda Fəridə Əzizovanın rəqibi rusiyalı Anastasiya Baryşnikova olacaq.

***

Beiqi Herçeqani həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşacaq. Döyüş saat 22:30-da start götürəcək.

Elsevər