Azərbaycan millisinin taekvandoçusu, 46 kq-da mübarizə aparan Minayə Əkbərova Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, o, 1/4 finalda yerli idmançı Qabriele Katasrovanı məğlub edərək növbəti mərhələyə adlayıb. Əkbərovanın yarımfinaldakı rəqibi rusiya idmançısı Larisa Medvedeva olacaq.