Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu - Yenilənib + Fotolar

taekvondocularimiz-avropa-cempionatini-2-medalla-basa-vurdu
Oxunma sayı: 2057

Avropa çempionatının son günü iki taekvondoçumuz dayanq üzərinə çıxacaq.

"Qafqazinfo" xəbər verir ki, təmsilçilərimiz Payam Qobadi Oğaz (87 kq) və Olimpiya çempionumuz Radik İsayev (87 kiloqramdan yuxarı) mübarizəyə qoşulacaqlar. Payam Qobadi Oğaz ilk qarşılaşmasında Yunanıstan təmsilçisi Nikolaos Tzellos ilə üz-üzə gələcək. Radik İsayevin ilk rəqibi isə serbiyalı Milos Golubovic olacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, Milad Beigi Hərçəqani (80 kq) gümüş, Minayə Əkbərova (46 kq) bürünc medal qazanıblar.

Millimiz turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.

***

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəni başa vurublar.

"Qafqazinfo" Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) çıxış edib.

Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub - 13:14.

İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçi 22:10 hesabı ilə yensə də, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib - 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.

Azərbaycan yığması Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) isə bürünc medalla kifayətlənib.