Taekvondoçumuz İslamiadanın finalına yüksəldi

taekvondocumuz-islamiadanin-finalina-yukseldi
Oxunma sayı: 686

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub.

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, taekvondoçularımız indiyədək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.