Tağı Əhmədov tapşırıq verdi

tagi-ehmedov-tapsiriq-verdi
Oxunma sayı: 2227

 

Metropoliten rəisi sərnişinlərin giriş sahəsindən, eyni zamanda çıxışdan tam rahat istifadə etməsi ilə bağlı bəzi məqamları dəqiqləşdirdi və tapşırıqlar veib. 

Platforma səviyyəsində metropoliten rəisi Tağı Əhmədova yaxınlaşan sərnişinlərdən biri cümhuriyyətin qurulduğu günün tarixini adında daşıyan stansiyadakı yeniləşməyə görə dövlət başçısına və burada zəhmət çəkən metropolitençilərə təşəkkürünü dilə gətirib

Tağı Əhmədov stansiya yollarında işıqlandırma işlərinin tamamlanması ilə maraqlandı. Təchizatçı şirkətin nümayəndələri bir həftə ərzində tavan işıqlandırmasının yekunlaşdırılacağını və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaqlarını deyib. 

Metropoliten sədri  «28 May» stansiyasının ikinci giriş-çıxışı, piyada tuneli və «Cəfər Cabbarlı» stansiyasına keçidlə əlaqədar bəzi tədbirlərin yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib:

Burada daim həyat qaynayacaq, iş gur olacaq. Metropolitenin bütün fəaliyyəti bu sahələrdən asılıdır. Ona görə də, dispetçerlərə tam iş şəraiti yaradılmalıdır. Bu xüsusda onların daim eyni mənzərə – tablolar qarşısında oturacaqlarını, eyni işi görəcəklərini nəzərə alaraq, işçi yerinin qurulmasında bütün rahatlıq nəzərə alınmalı, yorucu məqamların hamısının aradan qaldırılmasına diqqət edilməlidir, - deyərək Tağı Əhmədov son mərhələdə də dispetçerlərin fikirlərinin bir daha öyrənilməsini tapşırıb. 

Baxış metropoliten rəisinin yanında keçirilən müşavirənin başlanması ilə başa çatıb.