Tağı Əhmədovun köməkçisi işdən çıxarılması xəbərindən danışdı

tagi-ehmedovun-komekcisi-isden-cixarilmasi-xeberinden-danisdi
Oxunma sayı: 4319


“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Xeberdar.az”-a danışan eks rəis, Tağı Əhmədovun köməkçisi Məmməd Bayramov onun işdən çıxarılması xəbərinin yalan olduğunu bildirdi. “Mənim işdən çıxarılmağım üçün əmr olmalıdı, belə bir əmr verilməyib.Hal-hazırda da işdəyəm,mənə heç kim bu barədə heç nə deməyib. Yeni rəisin məni otağına çağırması və işdən çıxmağım üçün ərizə yazdırması da, tamamilə yalandır.Ümumiyyətlə,işdən çıxarılmağım metronun yeni strukturu müəyyən olunduqdan sonra ola bilər.Hal- hazıra heç kim işdən çıxarılmayıb.”

Qeyd edək ki, Məmməd Bayramov rəis müavini Arif Rəsulovun da işdən çıxası xəbərinin olmadığını bildirib.