Tağıyevin heykəlini zədələyənlərlə bağlı bu gün qərar veriləcək

tagiyevin-heykelini-zedeleyenlerle-bagli-bu-gun-qerar-verilecek
Oxunma sayı: 6937

Bakıda “İçərişəhər” metrostansiyasının çıxışında qoyulan Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclər bu gün məhkəməyə çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, istintaq orqanı hadisəni törətməkdə şübhəli bilinən– 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib.

Xəbəri rus dilində oxuyun: Сегодня будет принято решение о лицах, повредивших памятник Тагиеву

Bu gün Səbail rayon məhkəməsində onların barəsində qərar veriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir.

Həmçinin oxuyun: General Əfqan Nağıyevin qardaşının cəzası ağırlaşdırıldı

Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu​

Murad Əhməd