Tahir Əkbərin səhhəti pisləşdi - Əməliyyat olunacaq...

tahir-ekberin-sehheti-pislesdi
Oxunma sayı: 4090

 

Tanınmış bəstəkar Tahir Əkbər əməliyyat olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib.

Aybəniz Haşımova sabah bəstəkarın əməliyyat olunacağını qeyd edib:

“Bəstəkar Tahir Əkbər sabah günorta saatlarında Nevrocərrahiyyə Xəstəxanasında başından əməliyyat olunacaq. Allah ona can sağlığı və uzun ömür versin. Bütün xəstəxana rəhbərliyinə, işçilərə və millət vəkili Aydın Mirzəzadəyə təşəkkürlərimi bildirirəm”.