Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

tahir-salahov-birinci-fexri-xiyabanda-defn-olunacaq
Oxunma sayı: 2432

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədilə Almaniyaya getdiyini bildirib.

Z. Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını qeyd edib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.