Tahir Salahovun əsərləri “Tretyakov”da

tahir-salahovun-eserleri-tretyakovda
Oxunma sayı: 1066

Moskvada Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək.

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, "Günəş zenitdə" adlanan sərgi yanvarın 22-si açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə "sərt üslubun" liderlərindən biri olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək.