Tahir Süleymanovdan “Bakı”ya cavab

tahir-suleymanovdan-bakiya-cavab
Oxunma sayı: 1330


“Qafqazinfo” xəbər verir ki, bu sözləri idmanxeber.com-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt klubunun rəsmisi təkcə Pantiçi deyil, bütün Azərbayacana gəlmiş əcnəbi çalışdırıcıların uğur qazana bilməməsini, lakin bunun qarşılığına milyonlar qazanmalarına təəssüfləndiyini bildirib:

"Elə vaxtı ikən "Neftçi"yə gəlmiş Gedenin də adını çəkdim. Bunlar bizim futbolumuza heç bir xeyir verməyəcəklər. Yaşar müəllimə də məsələhət görərdim ki, Pantiçlərin, Adamsların, Toşakların CV-lərinə yox, yerli mütəxəssilərin göstərdiyi nəticələrə baxsınlar. Ancaq bunun qarşılığında milyon qazanan əcnəbilərdi. Azərbaycan "Qəbələ", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı" və "İnter" kimi klubların hədəfi minimum Avroliqanın qrupları olmalıdı. Biz yerli mütəxəssislərlə uğur qazanmışıq. Ona görə də, əcnəbilərin CV-lərinə baxmasınlar. Uğur qazanan yerli mütəxəssislər, ancaq əcnəbilərin müqavilələrini açıb göstərsinlər, o zaman görərsiz, kim çox qazanır, kim yaxşı nəticə verir. Təkrar edirəm, məsələ təkcə Pantiçdən yox, Azərbaycana gələn bütün əcnəbi mütəxəssislərdən gedir. Karlos Alberto Torres, Adams, Toşak, və başqaları heç zaman Azərbaycan futboluna xeyir verməyiblər, verməyəcəklər"

Xatırladaq ki, Topaz Premyer Liqasında “Neftçi”- “Bakı” (1-0) matçından sonra tahir Süleymanovun “Bakı”nın baş məşqçisi Milinko Pantiçin ünvanına dediyi fikirlər hər iki klub arasında polemikaya səbəb olub.