Tailand vətəndaşı Ermənistan Prezidentini məhkəməyə verdi

Tailand vətəndaşı Ermənistan Prezidentini məhkəməyə verdi
Oxunma sayı: 2665

Tailand vətəndaşı Ermənistan Prezidenti Vaaqn Xaçaturyanı məhkəməyə verib.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Kaçaçat Bundi adlı şəxs Xaçaturyandan ona Ermənistan vətəndaşlığının verilməsini istəyir və buna məhkəmə yolu ilə nail olmaq qərarına gəlib.

Bildirilir ki, Ermənistanın İnzibati Məhkəməsi Prezidentlə bağlı iddianı icraata götürüb.

Məlumata görə, Bundi 5 ildir Ermənistanda yaşayır. Ölkənin Milli Təhlükəsizlik Xidməti Prezidentə müraciət edərək Bundiyə vətəndaşlıq verilməməsini tövsiyə edib.