Tailandda 10 əyalətdə təsirini göstərən təbii fəlakət ölkənin şimal-şərqində gündəlik həyatı iflic edib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, daşqınlardan zərər çəkənlərin sayı 700 mini ötüb.
Fəlakət zonalarında ərzaq qıtlığının yaşandığı bildirilir.
Güclü daşqınlar səbəbində 23 nəfər ölüb.
Qeyd edək ki, musson yağışlarının sentyabra qədər davam edəcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər