Tailandda rus turistlər öldü

tailandda-rus-turistler-oldu
Oxunma sayı: 1188

Tailandda baş vermiş yol qəzasında iki rus turist ölüb.

“Qafqazinfo”nun “Mk.ru”ya istinadən xəbərinə görə, hadisə fevralın 10-da gecə saatlarında Phuket adasında qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletin avtobusla toqquşması nəticəsində 29 və 31 yaşlı Rusiya vətəndaşları həlak olub.

Faktla bağlı araşdırma aparılır.