Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan Çingiz Feyzullayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolayrıcı bordürə çırpılıb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Son Xəbərlər