Taksi sürücüsü xanım sərnişini qorxutdu - Video

taksi-surucusu-xanim-sernisini-qorxutdu
Oxunma sayı: 4666

Rusiyanın Moskva şəhərində əsəbi taksi sürücüsü xanım sərnişini qorxudub. “Qafqazinfo”nun məlumatına görə, insidentin görüntüləri “Vkontakte” sosial şəbəkəsində “Police News” qrupunda paylaşılıb.

Kadrlardan göründüyü kimi, taksi sürücüsü aqressiv halda əllərini rula vurub əsəbiləşdiyini deyir. Xanım sərnişin ondan avtomobili saxlamağını xahiş edir. Taksi sürücüsü razılaşır, amma ondan keçdikləri məsafəyə görə pul istəyir. Bu isə qadının narazılığına səbəb olur.

Qadın “112” xidmətinə zəng etdikdən sonra isə taksi sürücüsü avtomobili saxlayır. O, qadının əşyalarını avtomobilin yük yerindən çıxarıb yoluna davam edir.