Taksi sürücüsünə qarşı zor tətbiq etdi

taksi-surucusune-qarsi-zor-tetbiq-etdi
Oxunma sayı: 878

Abşeron rayon sakini R.Əliyevə qarşı soyğunçuluq törədilib. 

“Qafqazinfo” xəbər verir ki, polisə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.