Taksi sürücüsünü soyan tutuldu

Taksi sürücüsünü soyan tutuldu
Oxunma sayı: 477

Bakıda müştəri taksi sürücüsünü soyub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dekabrın 5-i saat 20 radələrində taksi sürücüsü, 29 yaşlı İlyaz Şirəliyev “Mercedes” markalı avtomobili ilə naməlum müştərini götürüb. Xətai rayonunda hərəkətdə olarkən müştəri bıçaq çıxararaq sürücünün böyrünə dirəyib və içində 100 manat olan pul qabısını alıb.

Daha sonra həmin şəxs maşını Yasamal rayonuna sürdürərək Qəbələ dairəsində düşüb qaçıb.

Əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədən müştəri, İmişli rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Salamzadə tutulub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi