Qazaxıstanda taksi sifariş edən qadın maraqlı hadisə ilə qarşılaşıb.
“Qafqazinfo”xarici KİV-ə istinadən xəbər verir ki, Alma-Ata şəhərində yaşayan Dariya adlı gənc qız “Uber” xidmətindən taksi çağırıb. Lakin onun sifarişinə minik avtomobili yox, mikroavtobus gəlib. Bu da azmış kimi, avtobusda oturacaqları taxta kətil əvəz edib. Hadisəni şərh edən şirkət admnistratoru baş verənləri yolverilməz adlandırıb və sürücünün cəzalandırıldığını bildirib.
Aysel Kərimova


Son xəbərlər
Son Xəbərlər