Bakıda axşam saatlarında taksidə soyğunçuluq edən şəxs saxlanılıb.
“Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə sentyabrın 2-də saat 21 radələrində Nizami rayonu ərazisində taksi faliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus “Mercedes E-240” markalı avtomobildə baş verib.
Sərnişin qismində əyləşərək soyğunçuluq yolu ilə 17 manat pulu və mobil telefonu talayan İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən metrostansiyaların birində saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər