Bakı şəhər sakini, sürücü işləyən T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, sürücü bildirib ki, dünən saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan iki nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıb.
DİN Mətbuat Xidmətinən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər