Taksiyə sərnişin kimi oturub bıçaq çıxardı

taksiye-sernisin-kimi-oturub-bicaq-cixardi
Oxunma sayı: 1206

Nərimanov rayonunda quldurluq hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 9-da saat 1 radələrində qeydə alınıb. 

D.Əliyeva küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib. O, qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.