“Talas” 2 nəfəri öldürdü, yaralılar var

talas-2-neferi-oldurdu-yaralilar-var
Oxunma sayı: 2110

Yaponiyada “Talas” qasırğasının fəsadları nəticəsində azı iki nəfər həlak olub və bir nəfər də itkin düşüb.

Bu barədə “Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, ölüm hallarının hamısı Sidzuoka prefekturasında qeydə alınıb.

Məlumata görə, daha 3 nəfər bədən xəsarətləri alıb.

Son 12 saatda prefekturada 400 mm-dən çox yağıntı düşüb.

“Talas” qasırğası Yaponiyanın qərb, mərkəz və şərq hissələrində dəmir yolu əlaqəsini sıradan çıxarıb.