Vəkil Nemət Kərimli “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırovun Azərbaycanda islam dövləti yaratmaq istəməsi ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Kərimli özünün feysbuk hesabında qeyd edib ki, Nardaranda baş vermiş insidentlə bağlı məhkəmə prosesində vəkil kimi iştirak edib və 5 nəfər nardaranlını təmənnasız müdafiə edib: “Mən məhkəmə prosesində Taleh Bağırov ilə islamın Azərbaycanda indiki və gələcəkdə yeri, İran, mollalarının əlini öpməsi, gələcək idarəetmə rejimi və bu kimi mövzularda uzun-uzadı söhbət etmişəm. O, daim İranın mollalarının islamı gözdən salması, müasir dövrdə islam dövlətin qurulmasının qeyri-mümkünlüyü və buna ehtiyac olmadığı, yalnız demokratiya uğrunda mübarizə aparması barədə fikirlər səsləndirirdi.
Hadisə Nardaranda Əbülfəz adlı şəxsin evində baş vermişdi. O, hadisə zamanı onurğa beynindən güllə ilə ağır yaralanmışdı, indi də yalnız qolu qismən hərəkət edir. Bir müddətdən sonra o, ev dustaqlığına buraxıldı. Mən müəyyən hüquqi məsələlərə aydınlıq gətirmək üçün onunla görüşdüm (tək deyildim). Uzun söhbət oldu, hadisələrin bu məcraya yönəlməsinin səbəbini aydınlaşdırmaq istərkən, o bildirdi ki, Taleh Bağırov həbsdən azad olandan sonra onlar siyasi islam sözünü dövriyyəyə buraxdılar və bundan sonra hakimiyətin onlara münasibəti kəskin dəyişdi. Mən bir daha başa düşdüm ki, Taleh Bağırovun danışdıqları səmimi deyil.
Onun yayılmış səs yazısının həqiqi və ya montaj olduğunu deyə bilmərəm (indi ki vaxtda özü bunu təbii ki, inkar edəcək), amma onu bilirəm ki, dindarların çoxu, lap çoxu ölkəni İrana, ərəbə satmağa hazırdı, islam qaydalarının qurulmasını tərəfdarıdır, bu isə çox qorxuludur”.
Son xəbərlər
Son Xəbərlər