Hazırda həbsdə olan “Müsəlman Hərəkatı” birliyinin rəhbəri Taleh Bağırov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti artırılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə Taleh Bağırovun həbsdə saxlanma müddəti 26 iyul 2016-ci il tarixinədək uzadılıb. Vəkil qeyd edib ki, Taleh Bağırov ittiham oldunuğu maddələr üzrə özünü təqsirli bilmir və rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq təcridxanasında saxlanılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər