Gəncə sakinindən silah tapılıb. "Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, E. Cavadov “Müsəlman birliyi” adlı hərəkatın üzvlərindəndir.
Son xəbərlər
Son Xəbərlər