Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti görüşünü bu gün Balıqçılar qəsəbəsində keçirib.
"Qafqazinfo"nun məlumatına görə, icra başçısı bildirib ki, dünyada hökm sürən iqtisadi böhran Azərbaycana da mənfi təsirini göstərib.
Prezident İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirləri Lənkəranda əhali tərəfindən razılıqla, nikbin əhval-ruhiyyə ilə qarşılanır.
Biz iqtisadiyyatımızı elə qurmalıyıq ki, neftdən asılılıq aradan qaldırılsın. İcra başçısı Lənkəranda əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni sitrus bağlarının, çay plantasiyalarının salınacağını, boş qalmış əkinəyararlı torpaq sahələrinin birləşdirilərək fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətinin məqsədəmüvafliyini önə çəkərək Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə uzunmüddətli kreditlər götürməklə bu torpaqlarda tərəvəzçiliyi, çayçılığın inkişaf etdirilməsinin, çəltikçiliyi bərpa etməyin əhəmiyyətini xüsusi qeyd edib.


Son xəbərlər
Son Xəbərlər