Taleh Qaraşov görüş keçirdi

taleh-qarasov-gorus-kecirdi
Oxunma sayı: 1759

Lənkəran ŞİH başçısı növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kəndində keçirib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün baş tutan qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri ilə yanaşı 300 nəfər ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşü Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ədalət Babayev açıb. İcra nümayəndəsi bildirib ki, son vaxtlar dünyada baş verən maliyyə böhranı ilə əlaqədar bəzi məhsulların qiymətlərinin qalxmasını əsas gətirən bəzi şəxslərin törətdiyi qanunsuz hərəkətlərə Sütəmurdov kəndinin sakinləri də qəti etirazlarını bildirirlər.

Bu hərəkətlərin heç bir əsası olmadığını bildirən İcra nümayəndəsi Sütəmurdov kəndinin sakinlərinin bu hərəkətləri qətiyyətlə pislədiyini və bunların qarşısının alınması istiqamətində görülən tədbirləri tamamilə müdafiə etdiklərini söyləyib.

Verilən təklifləri və fərdi müraciətləri dinləyərək onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdırıb.

O, qeyd edib ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Bütün sahələrdə dinamik inkişaf davam edib. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmamış, əksinə icrası daha da sürətlənib.