Taleh Qaraşov səyyar qəbul keçirib - Fotolar

Taleh Qaraşov səyyar qəbul keçirib
Oxunma sayı: 992

Lənkəran ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərini ucqar dağ kəndlərində davam etdirir. Başçının növbəti səyyar qəbul-görüşü 19 iyun 2019-cu il tarixdə rayonun ucqar dağ kəndlərindən olan Biləsərdə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər diqqətlə araşdırılaraq həllindən ötrü tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan razılıqlarını ifadə edən sakinlər Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər. 

Çıxışlarda şəhər İcra Hakimiyyəti başçısının vətəndaş müraciətlərinə göstərdiyi həssas münasibət xüsusi qeyd olunmaqla yuxarıda göstərilən yeniliklərin məhz bu diqqətin bəhrəsi olduğu xüsusi vurğulanıb. Onlar eyni zamanda Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün şərait yaratdığını qeyd ediblər. 

Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə də bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi