Martın 10-dan etibarən Lənkəranda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı, meyvə, tərəvəz, ət, süd və digər ərzaq məhsullarının satışı yarmarkası keçirilir.
Lənkəran İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, yarmarkada rayon sahibkarları, fermerlər və fərdi təsərrüfatçılar məhsullarını bazar qiymətlərindən 25-30 faiz ucuz qiymətə istehlakçılara təklif edirlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yarmarkaya baş çəkərək məhsulların çeşidi və qiymətləri barədə məlumatlandırılıb. Şəhər və kənd ərazilərindən 1500-2000 nəfər yarmarkada iştirak edib.
Qeyd edək ki, yarmarka bayram günlərinədək davam edəcək.


Son xəbərlər
Son Xəbərlər