Taleh Xasməmmədov barəsində- - 3 aylıq həbs

taleh-xasmemmedov-baresinde-
Oxunma sayı: 1533


“Qafqazinfo” xəbər verir ki, bu barədə müsavat.com-a onun yaxınları məlumat verdilər: “3 gün onu polis şöbəsində saxlayandan sonra fevralın 26-da saat 17 radələrində məhkəməyə gətirdilər və hakim 5 dəqiqəlik proses keçirərək, barəsində həbs qətimkan tədbiri seçdi”.

Yaxınlarının bildirdiyinə görə T.Xasməmmədov fevralın 24-də səhər saatlarında anası ilə birgə mebel salonuna gələrkən bir nəfər şəxs hüquq müdafiəçisinə yaxınlaşaraq onun üzünə tüpürüb və dərhal yerə yıxılaraq çabalamağa başlayıb.  Dərhal da polislər T.Xasməmmədovu həbs edərək aparıblar.