“Qafqazinfo” xəbər verir ki, bu barədə musacat.com-a T.Xasməmmədovun yaxınları məlumat verib: “Talehin üzünə duran Zahir adlı şəxs indiyədək xeyli sayda adamın üzünə dayanıb. O, xeyli cinayət işində “zərərçəkmiş” kimi tanınır. Taleh Xasməmmədov bundan öncə də şərlənib tutulmuşdu, vicdan məhbusu kimi, cənab prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
İndi hansısa məmur Taleh Xasməmmədovun fəaliyyətindən narahat olaraq öz maraqları üçün onu həbs etdirmək istəyir. Bu şəxslər başa düşmür ki, belə hərəkətləri ilə ölkə başçısına qarşı sabotaj edirlər, Azərbaycanın imicinə zərbə vururlar. Bu hərəkətləri o vaxta təsadüf edir ki, Avropa Şurasının insan haqları üzrə komissarı Bakıdadır və fevralın 25-də rəsmi şəxslərlə görüşəcək”.
Son xəbərlər
Son Xəbərlər