“Qafqazinfo”nun məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus olan ”Bilirsənki” adlı bəstəyə Nicat Zeynallı ekran həyatı verib.
Tədbiri giriş sözü ilə açan prodüser Təranə Səmədova qonaqları ekran işinə baxmağa dəvət edib.
Klip nümayiş olunduqdan sonra Talıb Tale təəssüratlarını bölüşüb:
“Mən Aşıq Ələsgərin nəslindən olduğumu çox vaxt deməmişəm. Bununla özümə reklam qazanmaq iqtidarında olmamışam. İstəmişəm ki, yalnız öz yaradıcılıq işlərimlə gündəmdə olum. Amma bu mənə elə də asan gəlmədi. İfa etdiyim mahnıları digər ifaçılar öz adlarına çıxardı. Məcbur olub həqiqəti hər kəsə bildirməyə məcbur oldum. Bu gün təqdim etdiyim klip də düşünürəm tamaşaçıların xoşuna gələcək. Klipdə Səlim Abbasov da rol alıb. Bu gün ikinci ekran işimi də təqdim etdim. “Darıxmış” mahnısına çəkilən ikinci klip isə mənə dostum tərəfindən hədiyyə olunub".
Təqdimat mərasiminə əməkdar artist Səlim Abbasov, Miri Yusif, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, “Cahan” qrupu, “Sevən ürəklər” qrupu, Coşqun Viləş, prodüser Təranə Səmədova, aşıq Əli, dj-Roşqa və başqaları qatılıb.
Könül
Son xəbərlər
Son Xəbərlər