Taliban “Aşk-ı Memnu”ya qarşı

taliban-ask-i-memnuya-qarsi
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, yerli dildə dublyaj edilən və Tolo televiziyasında yayımlanan film islamçıları qəzəbləndirib. Bihter (Beren Saat) ilə Əfqanıstan versiyasında Bəhruz olan Kıvanç Tatlıtuğun qadağan olunmuş eşqindən bəhs edən və həftədə 5 dəfə yayımlanan serialın Əfqanıstan ailəsinə zərər verdiyini iddia edən Taliban tərəfdarları artıq internetdə kampaniyaya başlayıblar. “Eshq al Mamnou” adı ilə efirə verilən serialı “əxlaqsızlıq” kimi xarakterizə edən radikal islamçıların forumlara yazdıqları ismarıclarda Taliban liderlərinə Tolo televiziyasının Kabil şəhərindəki binasına hücum edib bu serialın yayımlanmasını dayandırmaq çağırışı edilir.
“Qlobal Post” qəzetinin yazığına görə, Beren Saat Əfqanıstanın yeni seks simvolu olduğu halda, Kıvanç da kişilərin ən qısqandığı şəxsdir. Qəzetə görə, hücumlar, terror aktlarından, qarşıdurma və korrupsiyadan bezən əfqanlar təsəllini “Aşk-ı Memnu”da tapırlar.

Nərgiz Ehlamqızı