“Taliban” Əfqanıstanda polislərə hücum etdi - 7 ölü, 4 yaralı

taliban-efqanistanda-polislere-hucum-etdi
Oxunma sayı: 782

“Taliban” radikal hərəkatının üzvləri Əfqanıstanın cənubunda yerləşən Kandahar vilayətinin Espin Buldak rayonundakı polis bölməsinə hücum təşkil ediblər.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 7 polis ölüb, 4-ü xəsarət alıb.

Eyni zamanda, polislərlə “Taliban” arasında baş vermiş atışma nəticəsində 16 döyüşçü öldürülüb.