“Taliban” döyüşçüləri Əfqanıstanda hökumət qüvvələri əleyhinə hərbi əməliyyatları yenidən başladıqlarını bəyan ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Döyüşçülər “zorakılıq həddinin azaldılması” müddətinin başa çatdığını bildiriblər.
Qeyd edək ki, daha əvvəl Əfqanıstan hökuməti ilə taliblər fevralın 21-də 7 günlük “zorakılıq səviyyəsinin endirilməsi” barədə razılığa gəlmişdilər. Bundan başqa, ötən gün ABŞ-la “Taliban” sülh sazişi imzalamışdı.
Son xəbərlər
Son Xəbərlər