“Taliban” liderinin yeri açıqlandı

taliban-liderinin-yeri-aciqlandi
Oxunma sayı: 3638

“Taliblərin lideri Haybatulla Axundzadə Əfqanıstandadır, ancaq Amerikanın dron hücumundan ehtiyat etdiyi üçün ictimaiyyət arasına çıxmır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu “Taliban”nın siyasi bürosunun nümayəndəsi Anas Hakkani deyib. 

“O, sağdır və Əfqanıstandadır. Özüm onunla 10 gün əvvəl görüşmüşəm. Ancaq ölkənin hava məkanı o qədər də təhlükəsiz deyil və havada Amerika dronları görünür”, - deyə Hakkani qeyd edib. 

Xatırladaq ki, daha əvvəl KİV-də Axundzadənin terror aktı nəticəsində öldüyü yazılmışdı.