“Taliban” nümayəndələri Özbəkistana yollandı

taliban-numayendeleri-ozbekistana-yollandi
Oxunma sayı: 1360

“Taliban” hərəkatının nümayəndə heyəti Özbəkistana səfər edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, nümayəndə heyətinə hərəkatın Baş nazirinin müavini Abdul Salam Hanafi başçılıq edir. 

Nümayəndə heyətinə daxil olanlar biri İnamulla Samanqaninin sözlərinə görə, səfər çərçivəsində iki tərəf arasında iqtisadi-ticarət əlaqələri, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. 

O bildirib ki, görüş Özbəkistanın Termez şəhərində baş tutacaq. Nümayəndə heyəti Özbəkistanın Baş nazirinin müavini Sardar Umurzakovun başçılıq etdiyi yüksək səviyyəli heyət ilə görüşlər keçirəcək.