“Taliban” Qazaxıstandakı iğtişaşlarda iştirakını təkzib etdi

taliban-qazaxistandaki-igtisaslarda-istirakini-tekzib-etdi
Oxunma sayı: 777

“Taliban” radikal hərəkatı öz yaraqlılarının yanvar ayında Qazaxıstanda baş verən iğtişaşlarda iştirak etməsinə dair ittihamları təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hərəkat tərəfindən Əfqanıstanın müvəqqəti hökumətində informasiya və mədəniyyət nazirinin müavini təyin olunan Zabihulla Mücahid açıqlayıb.

“Bir neçə KİV Rusiya rəsmilərinə istinadən Qazaxıstandakı iğtişaşlarda bəzi əfqanların da iştirak etdiyini bildirib. Biz bu iddiaları qətiyyətlə təkzib edirik”, - deyə Mücahid vurğulayıb.

Bununla yanaşı, Mücahid “Taliban”ın əvvəldən Qazaxıstandakı problemlərin sülh yolu ilə həllinə çağırdığını xatırladaraq, Əfqanıstan ərazisindən başqa ölkələrə qarşı heç bir təhlükə yaranmadığını qeyd edib.