“Taliban” qızların tam təhsil almasına icazə verəcək

“Taliban” qızların tam təhsil almasına icazə verəcək
Oxunma sayı: 882

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı qızların altıncı sinifdən sonra oxumasına icazə verəcəklərini vəd edib.

“Qafqazinfo” xəbər verir ki, bunu “CNN”ə müsahibəsində müvəqqəti hökumətdə təmsil olunan daxili işlər naziri Siracuddin Hakkani deyib.

O, hazırda hökumətin bunu mümkün edəcək bir mexanizm üzərində çalışdığını bildirib:

“Heç kim qadınların təhsil almasının əleyhinə deyil, qızların isə 6-cı sinfə qədər məktəbə getməsinə artıq icazə verilib. Bundan daha böyük yaşlılara gəldikdə isə mexanizm üzərində iş davam edir”.