“Taliban” və ABŞ nümayəndələri bu şəhərdə görüşəcək

taliban-ve-abs-numayendeleri-bu-seherde-gorusecek
Oxunma sayı: 737

“Taliban” radikal qruplaşması ilə ABŞ-nümayəndələrinin görüş yeri bəlli olub.

“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi  xəbərə görə, hər iki tərəf sülh danışıqları üçün Qətərin Doha şəhərində bir araya gələcək. Görüş yanvarın 9-u baş tutacaq. “Taliban”ın mənbələrindən biri məlumatı təsdiqləyərək toplantının 2 gün davam edəcəyini bildirib: “Danışıqlarda başqa tərəflər iştirak etməyəcək. Biz görüşdə ABŞ ordusunun Əfqanıstandan çıxarılması və məhkumların mübadiləsi məsələsini müzakirə edəcəyik”.

Aysel Kərimova