“Taliban” yaşayış məntəqəsini atəşə tutdu, bir ailənin 5 üzvü öldü

“Taliban” yaşayış məntəqəsini atəşə tutdu, bir ailənin 5 üzvü öldü
Oxunma sayı: 554

"Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında yaşayış məntəqəsini atəşə tutublar.

“Qafqazinfo” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nanqarhar əyalətində yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir ailənin ikisi uşaq olmaqla 5 üzvü həlak olub. Daha iki nəfər isə xəsarət alıb.

Məlumata əsasən, “Taliban” döyüşçüləri sadə vətəndaşın evinə raket zərbələri endirib.

Qeyd edək ki, NATO-nun öz qüvvələrini Əfqanıstandan çıxarması ilə “Taliban” döyüşçüləri öz fəaliyyətlərini daha da aktivləşdirir. KİV-in məlumatına görə, “Taliban” artıq ölkənin 100-dən çox bölgəsinə nəzarəti ələ keçirib.