“Taliban”dan məktəbli qızlarla bağlı vəd

talibandan-mektebli-qizlarla-bagli-ved
Oxunma sayı: 1764

“Taliban” hərəkatı Əfqanıstanda qızlara orta məktəbdə təhsil almağa tezliklə icazə verəcəyini vəd edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Unicef təşkilatının icraçı direktorunun müavini Omar Abdi BMT-nin Baş qərargahında açıqlayıb.

““Taliban” hökumətinin təhsil nazirinin sözlərinə görə, “talibançılar” hazırda qızlara 6-cı sinifdən sonra təhsilini davam etdirməyə imkan verən prinsiplər üzərində çalışır. Sözügedən prinsiplər isə 1-2 ay ərzində dərc ediləcək”, - deyə Omar Abdi qeyd edib.

Abdi həmçinin bildirib ki, Əfqanıstanın 34 vilayətindən beşi artıq qızlara orta məktəbə getməyə icazə verib. Bunlar Balx, Cauzcan, Samanqan, Qunduz və Uruzqan vilayətləridir.