“Taliban”ın polis şöbəsinə hücumu- - 20 ölü, 8 yaralı

talibanin-polis-sobesine-hucumu-
Oxunma sayı: 1135


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Loqar şəhərinə hücum zamanı 20 nəfər polis ölüb. Loqar bələdiyyə sədri Din Məhəmməd Dərviş açıqlamasında üzərində bomba olan 4 nəfərin  Pola Alam Polis Şöbəsinə gəldiyini, bpmbanı işə salması zamanı 20 polisin öldüyü və 8 polisin yaralandığını bildirirb:

“Polis paltarı geyinmiş 4 nəfərdən biri bombanı binanın qapısı ağzında partladıb. İkisi isə polislər silahlı toqquşma nəticəsində öldürülüb. Ən sonuncu adam isə bombanı yeməkxanada işə salıb. 1 saat hücum edənlərlə polis arasında silahlı atışma olub”.

Qeyd edək ki, hadisəni “Taliban” terror təşkilatı öz üzərinə götürüb.